• 21 Noyabr, 2024
  • 11:41
  • 32 c Bakı
  • 1.7 AZN
    • 11:41
    • 1.7
    • 32 c

“Zəfər bizimdir” layihəsi çərçivəsində orta məktəb müasir planşetlərlə təmin olunub

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsinin qalibi olmuş Lənkəran rayonu Ləj kənd N.Aslanov adına tam orta məktəbinin müəllimi Aqşin Əliyevin rəhbəri olduğu  “Zəfər bizimdir” layihəsinin icra planına uyğun olaraq Lənkəran rayonu Ləj kənd N.Aslanov adına tam orta məktəbi 20 ədəd müasir Samsung modelli planşetlərlə təchiz olundu. 

Aria.Az xəbər verir ki, 24.11.2021 tarixində orta məktəbin informatika kabinetində  məktəbin direktoru İlkin Yaqubovun, “Zəfər bizimdir” layihəsinin rəhbəri Aqşin Əliyevin, “Zəfər bizimdir” layihəsinin eksperti Samir Salayevin,   “Zəfər bizimdir” layihəsinin idarə heyətinin üzvlərinin və fəal məktəblilərin  iştirakı ilə təşkil olunan təqdimat tədbiri  yüksək səviyyədə həyata keçirilib.

Təqdimat tədbirini giriş sözü ilə açan layihə rəhbəri öz çıxışında məktəbin maddi-texniki bazasının yaxşılaşdırılmasına müsbət təsir edən və məktəbin informasiya komunikasiya vasitələri ilə təminatında mühüm irəliləyiş olan “Zəfər bizimdir” layihəsinin icra planına uyğun olaraq 20 ədəd samsung modelli müasir planşetləri məktəblilərə təqdim edib. Planşetlərə yüklənən məktəblilərin səmərəli fəaliyyətinə şərait yaradan proqramlardan bəzilərini nümayiş etdirib. Məktəblilərin özlərinin də planşetlərdən praktiki istifadəsinə şərait yaradılıb. Layihə rəhbəri həmçinin layihənin icra planına uyğun olaraq 15 yanvar tarixinədək olan müddətdə həmin planşetlərdən istifadə olunaraq  Azərbaycanın Qarabağ zəfərinə həsr olunan müxtəlif vətənpərvərlik mövzularında onlayn platforma üzərində 6 dəfə  təlimlərin həyata keçiriləcəyini qeyd edib. Tədbir məktəblilərin hədsiz sevinc hissləri ilə müşayiət olunub.

      Tədbirdə çıxış edən Lənkəran rayonu Ləj kənd N.Aslanov adına tam orta məktəbinin direktoru İlkin Yaqubov bu layihənin məktəbə qatdığı böyük imkanlara görə çox sevincli olduğunu qeyd edib. Məktəbin informatika kabinetinə təqdim olunan 20 ədəd müasir planşetin məktəblilərin təhsil həyatında önəmli rol oynayacağını qeyd edib. Bundan əvvəlki illərdə pandemiya şəraitində texniki imkanların zəifliyi üzündən dərslərə evindən qoşula biləməyən şagirdlərin bundan sonrakı dövrlərdə əgər eyni çətin şərait yaranacaqsa texniki baxımdan bu planşetlərlə təmin olunacağını vurğulayaraq məktəbin ümumi təhsil hədəflərinin tamlaşmasında layihənin müsbət və real rolunu qeyd edib. Çıxışının sonunda məktəb müəllimlərinin  innovativ ideyalarının bu şəkildə ən yüksək səviyyədə dəstəklənməsindən ötrü Təhsil nazirliyinə  təşəkkürünü ifadə edib.

      Tədbirin sonunda çıxış edən “Zəfər bizimdir” layihəsinin eksperti Lənkəran Dövlət Universitetinin müəllimi Samir Salayev ilk öncə məktəbliləri təbrik edib. Layihə çərçivəsində 20 ədəd ən müasir planşetlə təmin olunan məktəbin əldə etdiyi böyük imkanlardan danışıb. Müasir dünyaya ən qısa zamanda inteqrasiya üçün İKT vasitələrinin önəmli rolundan danışaraq  Lənkəran rayonu Ləj kənd N.Aslanov adına tam orta məktəbinin şagirdlərinin nəinki ölkəmizin ən uğurlu təhsil müəssisələri ilə, həmçinin dünyanın uğurlu layihələri ilə onlayn qoşulmaqla yüksək səviyyədə əməkdaşlıq qura biləcəklərini qeyd edib. Layihənin növbəti icra fəaliyyətlərində uğurlar diləyib. 

Qeyd edək ki, “Zəfər bizimdir” layihəsi 15.09.2021-15.02.2022 tarixlərində Lənkəran rayonunda icra olunur.