• 21 Noyabr, 2024
  • 14:44
  • 32 c Bakı
  • 1.7 AZN
    • 14:44
    • 1.7
    • 32 c

Polşa Belarusla sərhəddə polislərin sayını artırır

Polşa cümə axşamı Belarusla sərhəddə polis zabitlərinin sayını 1,2 mindən 2 minədək artıracaq.

Aria.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Polşanın daxili işlər və administrasiya naziri Mariuş Kaminski bildirib. 

“700 polis əməkdaşı və 100 antiterrorçu artıq Sərhəd Mühafizəsinə dəstək verən 1200 polis həmkarına qoşulacaq”, - Kaminski Tvitterdə yazıb.

Qeyd edək ki, cümə axşamı, Polşanın Müstəqillik Günündə Varşavada sağçı və millətçi təşkilatların təşkil etdiyi genişmiqyaslı küçə yürüşü keçiriləcək. Hər il bu hadisə polislə toqquşma olmadan tamamlanmır.

Bundan əvvəl məlum olub ki, Belarusla sərhədi 1,2 min sərhədçidən əlavə Polşa ordusunun 15 min əsgəri qoruyur.

Hazırda Polşa və Belarus sərhədində miqrant böhranı yaşanır.