Azərbaycan XİN-dən Atatürkün anım günü ilə bağlı paylaşım
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anım günü ilə bağlı öz tviter hesabında paylaşım edib.
Aria.Az xəbər verir ki, paylaşımda deyilir:
“Qardaş Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkü anım günündə ehtiramla yad edirik”.
C. Bayramov, bununla yanaşı, ümumilli lider Heydər Əliyevin Atatürklə bağlı sitatını da xatırladıb: “Mustafa Kamal Atatürk sizin üçün nə qədər əziz və hörmətli olubsa, o qədər də azərbaycanlılar üçün əziz və hörmətlidir”.