• 21 Noyabr, 2024
  • 14:08
  • 32 c Bakı
  • 1.7 AZN
    • 14:08
    • 1.7
    • 32 c

Sumqayıtda restoranda gənc oğlan faciəvi şəkildə öldü

Sumqayıtda şadlıq sarayında 18 yaşlı gənc yıxılaraq ölüb.

Aria.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsində fəaliyyət göstərən şadlıq saraylarının birində qeydə alınıb.

Şadlıq sarayının yuxarı mərtəbəsinin mətbəx yerləşən hissəsinə yükqaldırıcı vasitə quraşdırılıb. Həmin vasitə ilə yuxarıya ərzaq qaldırılan zaman orada çalışan 2003-cü il təvəllüdlü Adəm Əzimzadə hündürlükdən yıxılıb. Ağır bədən xəsarətləri alan 18 yaşlı gənc təcili tibbi yardımın köməyi ilə xəstəxanaya aparılsa da, yolda keçinib. 

Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.