Kraliçanın bilərzikləri 8,2 milyon dollara satıldı
Fransanın sonuncu kraliçası Mariya Antuanettaya (1755-1793) məxsus iki almaz bilərzik 7,459 milyon İsveçrə frankına (təxminən 8,2 milyon dollar) hərracda satılıb.
Aria.Az xəbər verir ki, bu barədə "Christies" hərrac evi məlumat yayıb.
Zinət əşyaları hərracda 2 milyondan 4 milyon frank arasında qiymətləndirilib.
Qeyd edək ki, kraliça qolbaqları 1776-cı ildə Parisdə zərgər Çarles Auquste Boemerdən 250 min livrə (1795-ci ilə qədər Fransanın pul vahidi) sifariş etmişdi. Bu, o zaman üçün çox böyük məbləğ idi.