OPEC+ ABŞ-ın çağırışlarına məhəl qoymayaraq hasilatı artıracaq
OPEC+ ölkələri ABŞ və digər idxalçıların bazara daha çox neft vermək və qiymətlıri sabitləşdirmək çağırışçlarına baxmayaraq, iclasın sonunda dekabrda neft hasilatının artım tempinə dair qərar veriblər: alyans hasilatı sutkada 400 min barel artırmağa davam edəcək.
Aria.Az xəbər verir ki, OPEC+ neftə tələbatın koronavirus pandemiyasının yaratdığı azalma səbəbindən ötən ilin may ayında gündəlik 9,7 milyon barel azaldılmış hasilatı indi hər ay gündəlik 400 min barel artırır.
Alyans 2022-ci il sentyabr ayının sonuna kimi istehsalın məhdudlaşdırılması üzrə öhdəliklərindən tədricən çıxmağı nəzərdə tutur. Noyabra olan məlumata görə, hasilat sutkada 4,16 milyon barel təşkil edir.
Eyni zamanda, neftin bir barelinin qiymətinin 80 dollardan yuxarı qərarlaşdığı kifayət qədər yüksək qiymətlər fonunda görüşdən əvvəl ən böyük neft idxalçıları OPEC+ ölkələrini bazarı sabitləşdirmək və tədarükləri artırmaq çağırışlarını səsləndirib. Xüsusilə, ABŞ Prezidenti Cozef Bayden inflyasiyanın son 13 ilin ən yüksək həddə çatdığı Birləşmiş Ştatlarda son həftələr ərzində benzinin bahalaşmasına görə OPEC+-i dəfələrlə ittiham edib.