• 21 Noyabr, 2024
  • 11:33
  • 32 c Bakı
  • 1.7 AZN
    • 11:33
    • 1.7
    • 32 c

ABŞ-da peyvənd olunan uşaqlar üçün 100 dollar

Koronavirus əleyhinə peyvənd olunan 5-11 yaş arası uşaqların 100 dollar almaq hüququ var.

Aria.Az xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Nyu-York şəhərinin meri Bill de Blazio özünün Tvitter səhifəsində yazıb.

“Şəhərin vaksinasiya mərkəzində koronavirusa qarşı peyvənd olunan 5-11 yaş arası uşaqlar 100 dolları məbləğində mükafat almaq hüququna malikdir”, - deyə Bill de Blazio bildirib.

Qeyd edək ki, hazırda Nyu-York əhalisinin 67,4 faizi koronavirus əleyhinə tam olaraq, 6,4 faizi qismən peyvənd edilib, 26,3 faizi isə vaksinasiyadan keçməyib.