Dostunu qonaqlıq adı ilə evdən çıxarıb öldürdü
Ağcabədidə dost dostunu öldürüb.
Aria.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Kəhrizli kəndində qeydə baş verib.
Kənd sakini 34 yaşlı Nuriyev Məharət Məhəmməd oğlu 1985-ci il təvəllüdlü Həsənov Rahib Zakir oğlunu qonaqlıq adı ilə evindən çıxararaq aparıb və odlu silahla öldürüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma başlanıb.