• 21 Noyabr, 2024
  • 15:15
  • 32 c Bakı
  • 1.7 AZN
    • 15:15
    • 1.7
    • 32 c

“Yollar açılsa, iqtisadiyyatımız 30% artacaq” - Erməni nazir

“Kommunikasiyaların blokdan çıxarılması nəticəsində Ermənistan iqtisadiyyatı qısa müddətdə 30% artacaq”.

Aria.Az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan parlamentdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, Dünya Bankının bir qədər köhnəlmiş olsa da, bu mövzuda araşdırmaları var.

Kerobyan bildirib ki, bu məsələ yalnız Ermənistanın deyil, digər ölkələrin də mənfəəti baxımından öyrəniləcək və bu da danışıqlar prosesində mühüm arqumentə çevriləcək.