• 21 Noyabr, 2024
  • 14:06
  • 32 c Bakı
  • 1.7 AZN
    • 14:06
    • 1.7
    • 32 c

Sərxan Əliyev DÇ-nin bürünc medalını qazandı

Azərbaycan yığması Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatında növbəti medalını qazanıb.

Aria.Az xəbər  verir ki, komandamızın aktivinə ikinci bürünc medalı Sərxan Əliyev (71 kq) əlavə edib.

İlk 3 mərhələdə Stefen Nevns (Şotlandiya), Yuta Akiyama və Obed Bartiyə (ABŞ) qalib gələn həmyerlimiz yarımfinalda ukraynalı Yuri Zaxariyevlə üz-üzə gəlib.

Görüş rəqibin qələbəsi ilə başa çatdığından S.Əliyev bürünc medalla kifayətlənib. Ondan əvvəl yığmamızın üzvü Məhəmməd Abdullayev (+92 kq) də mundialı 3-cü pillədə başa vurub.

Qeyd edək ki, Azərbaycanı dünya çempionatında 9 boksçu təmsil edir.