“Dünya bioterror hücumlarına hazırlaşmalıdır” - Bill Qeyts
“Dünya təkcə yeni pandemiyalara deyil, həm də koronavirusun yayılmasından daha təhlükəli ola biləcək bioloji silahlardan istifadə etməklə mümkün terror hücumlarına hazırlaşmalıdır”.
Aria.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Microsoft”un qurucusu Bill Qeyts bildirib. O qeyd edib ki, yeni təhlükələrə qarşı mübarizə aparmaq üçün epidemioloji təhlükəsizlik tədqiqatlarına və yoluxucu xəstəliklərlə mübarizə üçün xüsusi mexanizmlərin hazırlanmasına milyardlarla dollar xərclənməlidir.
Bill Qeyts Ümumdünya Səhiyyə Təşkilatını epidemioloji vəziyyətə nəzarət etmək üçün xüsusi işçi qrup yaratmağa çağırıb. Onun fikrincə, bu struktur həm də bioterrorçuların mümkün hücumlarına hazırlaşa, onların nəticələrinin aradan qaldırılması üçün ssenarilər tətbiq edə bilər:
“ÜST-nin Pandemiya üzrə İşçi Qrupunun ildə təxminən bir milyard dollara ehtiyacı olacaq. Bu qrum “bakterioloji təlimlərə” nəzarəti həyata keçirəcək”.