• 21 Noyabr, 2024
  • 13:41
  • 32 c Bakı
  • 1.7 AZN
    • 13:41
    • 1.7
    • 32 c

Şahmatçımızdan qələbə

Riqada şahmat üzrə “Grand Swiss-2021” turnirinin yeddinci turunun oyunları keçirilib.

Aria.Az xəbər verir ki, şahmatçımız Vasif Durarbəyli Buhl Bjerre Conasa (Danimarka) qalib gəlib.

Rauf Məmmədov Villagra Cristobal Henriquez (Çili), Nicat Abasov Surya Şekhar Ganquli (Hindistan), Aydın Süleymanlı Alan Piçot (Argentina) ilə heç-heçə ediblər.

Yeddi turun nəticəsinə görə, R.Məmmədov, N.Abasov, A.Süleymanlı və V.Durarbəyli hərəyə 3 xal qazanıblar.