Ermənistanın sabiq baş prokurorunun həbs müddəti uzadıldı
Ermənistanın İstintaq Komitəsinin keçmiş sədri, keçmiş baş prokuror Aqvan Ovsepyanın həbs müddəti 2 ay uzadılıb.
Aria.Az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a vəkil Sasun Rafaelyan bildirib. O qeyd edib ki, qərardan Apellyasiya məhkəməsinə şikayət verəcəklər.
Qeyd edək ki, Xüsusi İstintaq Xidmətinin məlumatına görə, Ovsepyan 2004-2013-cü illərdə baş prokuror, o cümlədən 2014-2018-ci illərdə İstintaq Komitəsinin sədri olmaqla, faktiki olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir sıra şirkətlərin idarə olunmasında iştirak edib. Bundan əlavə, istintaqa görə, Ovsepyan rüşvət (190 milyon dram və ya 385 min dollar) alıb, həmçinin 800 milyon dram (1,6 milyon dollar) məbləğində əmlak oğurluğu edib. Ovsepyan çirkli pulların yuyulmasında da (təxminən 1,3 milyard dram və ya 2,6 milyon dollar) ittiham olunub.
Beləliklə, sabiq baş prokuror qanunsuz sahibkarlıq fəaliyyəti, rüşvətxorluq, dələduzluq və çirkli pulların yuyulmasında ittiham olunur.