Əfqanıstanda xarici valyutalar qadağan edildi
Əfqanıstanda hakimiyyətə gələn “Taliban" hərəkatı ağır iqtisadi vəziyyətlə əlaqədar ölkədə dövriyyədə olan xarici valyutadan istifadəni qadağan edib.
Aria.Az xəbər verir ki, bu barədə hərəkatın sözçüsü Zəbihullah Mücahid “Tvitter”də yazıb.
“Ölkədə iqtisadi vəziyyət və milli maraqlar tələb edir ki, bütün əfqanlar istənilən əməliyyatda yalnız əfqanilərdən (Əfqanıstanın pul vahidi - red.) istifadə etsinlər. İslam Əmirliyi bütün vətəndaşlara, mağaza sahiblərinə, iş adamlarına əfqanilərdən maliyyə əməliyyatlarında istifadə etməyə davam etməyi və xarici valyutadan istifadədən çəkinməyi tapşırır”, - deyə “Taliban” sözçüsü yazıb.
Onun sözlərinə görə, qanunu pozanlar məsuliyyətə cəlb olunacaqlar.