“Çelsi”dən qələbə, “Zaltsburq” uduzdu
Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura start verilib.
Aria.Az xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan səkkiz matçdan ikisi başa çatıb.
G qrupunda Avstriya “Zaltsburq”u Almaniyada “Volfsburq”la qarşılaşıb. Qonaqlar qalib gələcəyi halda pley-offa vəsiqəni vaxtından əvvəl təmin edəcəkdi. Lakin görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.
Bu qrupun digər qarşılaşmasında İspaniyanın “Sevilya” klubu Fransanın “Lill” klubunu qəbul edəcək.
H qrupunda isə İngiltərənin “Çelsi” komandası İsveçdə “Malmö”nü minimal hesabla üstələyib. Yeganə qolu 56-cı dəqiqədə Hakim Ziyeş vurub. Qrupun digər görüşü İtaliyada “Yuventus” və Rusiyanın “Zenit” klubları arasında keçiriləcək.