• 21 Noyabr, 2024
  • 13:44
  • 32 c Bakı
  • 1.7 AZN
    • 13:44
    • 1.7
    • 32 c

Dubayda Azərbaycan İnvestisiya Forumu keçiriləcək

Bu gündən başlayaraq noyabrın 5-nə qədər qtisadiyyat naziri, Azərbaycan və BƏƏ arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Dubay şəhərində səfərdə olacaq.

Aria.Az  bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, səfər çərçivəsində Komissiyanın 8-ci iclası və Azərbaycan İnvestisiya Forumu keçiriləcək, nümayəndə heyətinin BƏƏ-nin rəsmi və biznes nümayəndələri ilə görüşləri, xarici investisiyaların cəlbi baxımından əhəmiyyətli platforma hesab edilən və ölkəmizin investisiya imkanlarının da nümayiş olunduğu “Dubay Expo 2020” ümumdünya sərgisinə səfəri təşkil ediləcək.