Nigeriyada 21 mərtəbəli bina çöküb, ölənlər var
Nigeriyanın ən böyük şəhəri Laqosun İkoye rayonunda bazar ertəsi 21 mərtəbəli binanın uçması nəticəsində azı 7 nəfər həlak olub.
Aria.Az xəbər verir ki, bu barədə yerli
Portalın məlumatına görə, xilasedicilər artıq 7 meyiti dağıntılar altından çıxarıblar. Nəşr qeyd edib ki, dağılmış tikililərin altında azı 50 nəfər qala bilər.
Hələlik tikinti mərhələsində olan binanın dağıntıları altından sağ qalanlar çıxarılmayıb. Bundan əvvəl xilasedicilər hadisə yerinə yaxın olan bir neçə nəfəri təxliyə ediblər. Onların bəziləri ağır xəsarətlər alıb.
Qeyd edilir ki, hazırda şəhər polisinin rəhbəri hadisə yerindədir. Ərazidə xilasetmə qrupları və Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları işləyir.