• 21 Noyabr, 2024
  • 14:59
  • 32 c Bakı
  • 1.7 AZN
    • 14:59
    • 1.7
    • 32 c

Boris Conson Britaniyanın Hindistana səfər edən ikinci baş naziri olacaq

Böyük Britaniyanın Baş naziri Boris Conson hindistanlı həmkarı Narendra Modinin Qlazqoda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 26-cı Konfransı çərçivəsində keçirilən görüşdə Hindistana səfər dəvətini qəbul edib.

Aria.az “Report”a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı keçirilən brifinqdə Hindistanın xarici işlər nazirinin birinci müavini Xarş Vardhan Şrinqla bildirib.

"Böyük Britaniyanın Baş naziri Boris Conson Baş nazir Modinin Hindistana səfər dəvətini qəbul edərək, səfərini şərait imkan verən kimi planlaşdırdığını bildirib", - o deyib.

Modi və Conson bazar ertəsi Qlazqoda görüşüblər. Hindistan Xarici İşlər Nazirliyinin daha əvvəl bildirib ki, tərəflər ikitərəfli münasibətlərin inkişafı, həmçinin Əfqanıstandakı vəziyyəti, terrorizmlə mübarizəni, Hind-Sakit okean regionunu, təchizat zəncirinin sabitliyini və dünya iqtisadiyyatının pandemiyadan sonra bərpasını müzakirə ediblər.

Qeyd edək ki, Boris Conson Hindistana hələ yanvarda gəlməli idi - o, yanvarın 26-da Yeni Dehlidə Respublika Günü keçiriləcək paradında əsas qonaq olacaqdı. Lakin Britaniyanın Baş naziri yanvarın 5-də bildirib ki, o, İngiltərədə və dünyada minlərlə insana təsir göstərən yüksək təhlükəli yoluxucu koronavirus ştammının yayılmasından sonra səfərini ləğv edib. Conson Hindistanın 1947-ci ildə Britaniyadan müstəqillik əldə etməsindən sonra (1993-cü ildə Con Meycordan sonra-red) krallığın Cənubi Asiya ölkəsinin Respublika Günü paradında fəxri qonaq kimi iştirak edən ikinci Baş naziri olmalı idi.