• 21 Noyabr, 2024
  • 14:00
  • 32 c Bakı
  • 1.7 AZN
    • 14:00
    • 1.7
    • 32 c

Rusiyada koronavirusun yeni ştammları tapıldı

Rusiyada bir nəfərdə koronavirusun “lambda” ştammına, üç nəfərdə isə “mü” variantına yoluxma halı aşkar edilib.

Bu barədə “Rospotrebnadzor” Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun direktoru Vasili Akimkin bildirib.

Onun sözlərinə görə, koronavirusun “delta” ştammı dünyada olduğu kimi Rusiyada da dominant olaraq qalır.

Koronavirusun “lambda” və “mü” ştammları ilk dəfə Cənubi Amerikada aşkar edilib.

Mənbə: İnterfaks