Ermənistanın Bərdədə törətdiyi növbəti terrordan bir il ötür
Ermənistan Silahlı Qüvvələrinin Bərdə şəhərinə raket hücumları ilə törətdiyi terrordan bir il ötür.
Aria.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri Bərdənin dinc əhalisini hücuma məruz qoyub.
Dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan “Smerç” tipli əməliyyat-taktiki təyinatlı 9M525 qəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik klaster tipli iki raket zərbəsinin endirilməsi nəticəsində beşi qadın olmaqla, 21 nəfər həlak olub, səkkizi uşaq, 15-i qadın olmaqla, 70 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bundan başqa, raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəyib.
Ölənlərin siyahısı:
1940-cı il təvəllüdlü Yalçın Rizvan oğlu İsgəndərov
1947-ci il təvəllüdlü Ağamoğlan Bəylər oğlu Quliyev
1950-ci il təvəllüdlü Hümbət Süleyman oğlu Süleymanov
1961-ci il təvəllüdlü Solmaz Sədrəddin qızı Qasımova
1969-cu il təvəllüdlü Fazil Hacı oğlu Hacıyev
1969-cu il təvəllüdlü Leyla Elmir qızı Mustafayeva
1971-ci il təvəllüdlü Məhərrəm Ənvər oğlu Mustafayev
1972-ci il təvəllüdlü Çərkəz Xanlar oğlu Mirzəliyev
1972-ci il təvəllüdlü Gülşən Mehrab qızı Hüseynova
1975-ci il təvəllüdlü Mirsaqi Yusif oğlu Əhmədov
1977-ci il təvəllüdlü İntiqam Ələmdar oğlu Xıdırov
1983-cü il təvəllüdlü Əsgər Mahir oğlu Allahverdiyev
1984-cü il təvəllüdlü Ruslan Məhəmməd oğlu Abbasov
1986-cı il təvəllüdlü Sadiq Sahib oğlu Əliyev
1988-ci il təvəllüdlü Fuad İsa oğlu İsmayılov
1990-cı il təvəllüdlü Amil Fazil oğlu Cəfərov
1990-cı il təvəllüdlü Dəyanət Tahir oğlu Kazımov
1990-cı il təvəllüdlü Vasif Vaqif oğlu İsmayıllı
1991-ci il təvəllüdlü Rəşaf Vaqif oğlu Şəfiyev
1995-ci il təvəllüdlü Tükəzban Çərkəz qızı Mirzəliyeva
1995-ci il təvəllüdlü Niftalı Səlim oğlu Paşayev.
Xatırladaq ki, İkinci Qarabağ müharibəsində Ermənistanın hərbi təcavüzü nəticəsində ümumilikdə 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb. Bundan başqa, 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.