Bu ayın müavinət və təqaüdləri ödənildi
Oktyabr ayı üzrə bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımının ödənişi həyata keçirilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilib ki, bu ay üzrə müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımı müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb.