“Bavariya” və “Çelsi”dən darmadağın - ÇL-də gecənin nəticələri
UEFA Çempionlar Liqasının qrup mərhələsində 3-cü tura yekun vurulub.
Aria.Az xəbər verir ki, sonuncu oyun günündə daha dörd qrup üzrə 8 qarşılaşma baş tutub.
E qrupunda 2 turdan sonra xalsız olan və sonuncu pillədə qərarlaşan “Barselona” Kiyev “Dinamo”sunu qəbul edib və minimal hesabla qalib gəlib. Almaniya çempionu “Bavariya” isə Portuqaliyada “Benfika”nı darmadağın edib.
F qrupunda “Mançester Yunayted” İngiltərədə “Atalanta”nı sınağa çəkib və əzmkar qələbəyə sevinib. Digər qarşılaşma “Yanq Boyz”la “Vilyarreal” arasında keçirilib. Bu oyunda isə qonaqlar qələbəni bayram ediblər.
G qrupunda “Volfsburq” Avstriyada “Zalsburq”la, “Sevilya” isə Fransada “Lill” ilə üz-üzə gəlib. Avstriyada meydan sahibləri qələbəyə sevinən tərəf olubsa, Fransadakı görüşdə qapılara qol vurulmayıb.
H qrupunda turnirin son qalibi olan “Çelsi” “Malmö”nü 4 cavabsız qolla yenib. Qrupun digər oyununda “Yuventus” Rusiyada “Zenit”i minimal hesabla üstələyib.
E qrupu
Xal durumu: Bayern – 9, Benfika – 4, Barselona – 3, Dinamo – 1.
F qrupu
Xal durumu: Mançester Yunayted – 6, Atalanta – 4, Vilyarreal – 4, Yanq Boyz – 3.
G qrupu
Lill (Fransa) – Sevilya (İspaniya) 0:0
Xal durumu: Zalsburq – 7, Sevilya – 3, Volfsburq – 2, Lill – 2.
H qrupu
Xal durumu: Yuventus – 9, Çelsi – 6, Zenit – 3, Malmö – 0.