Burada evlər bir avroya satılır
İtaliyanın Abruzzo bölgəsinin Pratola Peligna qəsəbəsindəki evlər bir avroya satışa çıxarılıb.
Aria.Az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda qəsəbədə 630 boş ev var və onlardan 250-si satılır.
Bu addım atmaqda ən başlıca səbəb qəsəbənin yenidən canlandırılmasıdır.
Evlər üçün depozit tələb olunur, lakin mülk sahibləri 6 ay ərzində tikinti işlərinə başlamalıdırlar. Əks halda onları 10 min avro cərimə gözləyir.
Satışa çıxarılan evlər Pratola Peligna bələdiyyəsinin veb-saytına müntəzəm olaraq yüklənir.
Qeyd edək ki, qəsəbədə yaşayan yerli əhali böyük şəhərlərə köçüb, 2009-cu ildə baş verən zəlzələdə isə buradakı evlərin vəziyyəti daha da pisləşib. Lakin orta əsr memarlığının üstünlük təşkil etdiyi qəsəbə Alp dağlarının xizək yamaclarına yaxınlığı səbəbindən turistləri cəlb etmək potensialına malikdir.