“Beşiktaş” öz meydanında məğlub oldu
UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura start verilib.
Aria.Az xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan səkkiz qarşılaşmadan ikisi başa çatıb.
A qrupunda İngiltərənin “Mançester Siti” klubu Belçikada “Brügge”ni darmadağın edib - 5:1. “Şəhərlilər”in heyətində qolları Juan Kanselu, Riyad Mahrez (2), Kayl Uoker və Koul lamper vurublar. Meydan sahiblərindən isə Hans Vanaken fərqlənib.
C qrupunda “Beşiktaş” Türkiyədə Portuqaliya “Sportinq”i ilə üz-üzə gəlib. Görüş İstanbul təmsilçisinin 1:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Qarşılaşmada hesabı 15-ci dəqiqədə Sebastyan Koates açıb.
24-cü dəqiqədə Kayl Larin tarazlığı bərpa etsə də, meydan sahiblərinin sevinci cəmi 3 dəqiqə çəkib. Koates dubl etməklə “Beşiktaş”ı ikinci dəfə meydanın mərkəzinə dəvət edib.
44-cü dəqiqədə penaltidən fərqlənən Pablo Sarabiya 3-cü qolu “qara qartallar”ın qapısından keçirib. Oyunda son nöqtəni isə 89-cu dəqiqədə Paulinyo qoyub.