Zəngilanın işğaldan azad edilməsindən bir il ötür
Müzəffər Azərbaycan Ordusunun ötən ilin sentyabrın 27-də başladığı əks-hücum əməliyyatları Ermənistan üçün gün keçdikcə rəzalətə çevrilirdi.
Ermənistanın özü haqqında illərlə apardığı təbliğatı, ordusu haqqında yaratdığı mifi Azərbaycan hərbçiləri yerlə-yeksan edirdi.
Hər keçən gün Azərbaycan Ordusu öz ərazilərini işğalçılardan təmizləyirdi.
2020-ci ilin 20 oktyabrı da əlamətdar idi. Düz bir il bundan öncə Zəngilan şəhəri işğaldan azad edilmişdi.
Həmin gün azad edilən digər ərazilərin siyahısını təqdim edirik:
Zəngilan rayonunun Havalı, Məmmmədbəyli, Şərifan, Muğanlı kəndləri və Həkəri qəsəbəsi;
Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdurrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri;
Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhəmədli kəndləri;
Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı kəndləri.