• 21 Noyabr, 2024
  • 14:13
  • 32 c Bakı
  • 1.7 AZN
    • 14:13
    • 1.7
    • 32 c

"Zəfər bizimdir” layihəsinin açılış tədbiri keçirilib - FOTOLAR

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsinin qalibi olmuş Lənkəran rayonu Ləj kənd N.Aslanov adına tam orta məktəbinin müəllimi Aqşin Əliyevin rəhbəri olduğu  “Zəfər bizimdir” layihəsinin 14.10.2021 tarixində açılış tədbiri yüksək səviyyədə təşkil olunub.


Aria.Az 
xəbər verir ki, Pandemiya qaydalarına uyğun olaraq açıq hava şəraitində Lənkəran rayonu Ləj kənd N.Aslanov adına tam orta məktəbində təşkil olunan tədbirdə məktəbin direktoru İlkinYaqubov, “Zəfər bizimdir” layihəsinin rəhbəri Aqşin Əliyev, “Zəfər bizimdir” layihəsinin eksperti Samir Salayev, Lənkəran şəhər təhsil söbəsinin nümayəndəsi Cəmil Axundzadə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin 15 saylı ərazi regional bölməsinin rəhbəri Ramin Höccətov, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin rəhbəri Qağayı Məmmədov, 
Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin sədr müavini Ağamir Cavad, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyin (QƏQİB) Lənkəran filialının nümayəndəsi Cəfərov Ramiz,  “Zəfər bizimdir” layihəsinin idarə heyətinin üzvləri, Ləj kəndinin I və II Qarabağ müharibəsində iştirak edən müharibə veteranları, qaziləri, məktəb şagirdləri və kənd sakinlərinin iştirak etdiyi tədbir Azərbaycan dövlət himninin səslənməsi ilə başlamışdır. Azərbaycanın Zəfər tarixində şəhid olmuş qəhrəman əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra açılış tədbirində çıxışlara start verilmişdir.

 Açılış tədbirində çıxış edən iştirakçılar qeyd etdilər ki, Dağlıq Qarabağda və ətraf rayonlarda qazanılmış böyük Zəfər məhz Azərbaycan naminə, Azərbaycanın bütövlüyü uğrunda aparılan müharibənin parlaq hərbi-siyasi yekunu, möhtəşəm nəticəsidir. Ona görə də bu müharibə haqlı olaraq xarakteri etibarilə Vətən müharibəsi adlandırılır. Bu müharibənin qalibləri Ali Baş Komandan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və müzəffər Azərbaycan Ordusu, Azərbaycan əsgəridir. Bu Zəfər tarixində Ləj kənd orta məktəbinin şagirdləri də uğurla  iştirak etmiş, qələbədə pay sahibi olmuşlar. Ləj kəndinin müharibə veteranlarının, qazilərinin, şəhidlərinin ailələrində təhsil alan şagirdlər üçün pandemiya dövrünün texniki imkanları baxımından yaratdığı çətinlikləri aradan qaldırmaq üçün həyata keçirilən “Zəfər bizimdir” layihəsinə diqqət ayırdığı üçün Təhsil nazirliyinə təşəkkür ifadə olunmuşdur. Həmçinin qeyd olunmuşdur ki, bu layihə ilə yanaşı Dövlət səviyyəsində həyata keçirilən çoxsaylı sosial layihələr də yüksək səviyyədə icra olunmaqdadır. Tədbirin sonunda çıxış edən Lənkəran rayonu Ləj kənd N.Aslanov adına tam orta məktəbinin I Qarabağ müharibəsində iştirak edən müharibə veteranları Rəhmanov Mahir, Cəfərov Ramiz, II Qarabağ müharibəsində iştirak edərək igidliyinə görə 4 medalla təltif olunmuş Cavadzadə Eltac müharibə prosesinin çətinliklərindən, bu çətinliyin öhdəsindən qəhrəmanlıqla gəlinən Zəfər tarixindən və Ali baş komandanımız cənab İlham Əliyevin rəşadətli ordumuzu qələbəyə kökləyən uğurlu fəaliyyətindən danışıblar. Açılış tədbirinin sonunda məktəbin şagirdi Bəşirli Nursanənin ifa etdiyi “Şəhidlərin dünyası” adlı  şeiri ilə açılış tədbiri yekunlaşmışdır.

Qeyd edək ki,  Zəfər bizimdir” layihəsinin məqsədi Lənkəran rayonu Ləj kəndinin Qarabağ müharibələrində şəhid, qazi olmuş və bugün çox çətin sosial həssas qrupa aid sakinlərinin ailə üzvləri olan şagirdlərin distant təhsilə qoşulmaqlarını texniki cəhətdən təmin etmək, o şagirdləri dərslərinə qaytarmaqdır.     

“Zəfər bizimdir” layihəsi çərçivəsində 20 ədəd planşetlər alınaraq məktəbin balansına təqdim olunacaqdır. Həmin texniki cihazlar təlim proseslərində, pandemiya şəraiti sərtləşdirilərsə 20 nəfər şagird üçün online dərslərin təşkili zamanı istifadə olunması nəzərdə tutulur.
 Qeyd edək ki, “Zəfər bizimdir” layihəsi 15.09.2021-15.02.2022 tarixlərində Lənkəran rayonunda icra olunur. 

“Zəfər bizimdir” layihəsinin mətbuat xidməti