Zəfər Günü Azərbaycanda Amnistiya gözlənilir
“8 Noyabr” Zəfər Günü ərəfəsində Azərbaycanda növbəti Amnistiya aktı qəbul ediləcək.
Aria.Az-ın məlumatına görə, hazırda Amnistiya layihəsi üzərində hökumətdə iş gedir. Layihə işlənilib bitdikdən sonra Milli Məclisin müvafiq komitəsinə göndəriləcək.
Xatırladaq ki, ölkədə sonuncu dəfə amnistiya aktı 2016-cı ildə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May – Respublika günü münasibətilə verilib. Həmin Amnistiya aktı 10 min şəxsi əhatə edib.
Qeyd edək ki, bu barədə ilk məlumatı gununsesi.info saytı yayıb.