İş yoldaşını bıçaqlayıb öldürdü
Füzuli rayonunda iş yoldaşını öldürən şəxs saxlanılıb.
Aria.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Füzuli Rayon Prokurorluğundan verilən məlumata görə, oktyabrın 16-sı rayon ərazisində 1991-ci il təvəllüdlü Şükür Əhmədovun öldürülməsi barədə məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin iş yoldaşı 1981-ci il təvəllüdlü Zamin Mehdiyevin aralarında yaranmış mübahisə zamanı Şükür Əhmədova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Füzuli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Zamin Mehdiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. İstintaq tədbirləri davam etdirilir.