Populyar vitaminlər xərçəngə səbəb ola bilər
B6 və B12 vitaminlərinin yüksək dozada qəbulu ağciyər xərçənginə səbəb ola bilər.
Bu, Ohayo Universiteti alimlərinin apardığı araşdırma nəticəsində məlum olub.
Aparıcı tədqiqadçı Teodor Braski bəyan edib ki, sutka ərzində 2 mq B6, 2.4 mq B12 vitamini qəbul etmək tövsiyyə olunur. Halbuki, bu vitaminlər adətən 100 mq-lıq tabletlər şəklində satılır ki, bu da normadan çox yüksəkdir.
Onun sözlərinə görə, 77 min nəfər üzərində aparılmış araşdırma nəticəsində bu vitaminlərdən istifadə edənlər arasında ağciyər xərçənginə 30-40% daha çox rast gəlindiyi aşkar olunub.
Mənbə: “Express”