• 21 Noyabr, 2024
  • 14:08
  • 32 c Bakı
  • 1.7 AZN
    • 14:08
    • 1.7
    • 32 c

Məhkumlarla görüşdə yeni tələb

Həbsxanada öz yaxınını ziyarətə gedən vətəndaşlardan COVID-19 pasportu ilə yanaşı, koronavirus testinin neqativ nəticəsi də tələb edilməyə başlayıb. 

Aria.Az xəbər verir ki, məsələ ilə bağlı Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov Modern.az-a bildirib ki, bu, ölkədə COVID-19-a qarşı aparılan mübarizənin tərkib hissəsidir: “Bu səbəbdən də uzunmüddətli görüşə gələn məhkum yaxınlarından COVID-19 pasportu ilə yanaşı, koronavirusun neqativ nəticəsi də tələb edilir”. 

Onun sözlərinə görə, testdən keçmək barədə məlumatsız olan, yaxud vaxt məhdudluğundan test verə bilməyənlərə də şərait yaradılır: “Bunun üçün görüş otaqlarında ekspres testdən keçirilirlər. Ekspres testlər ödənişsizdir”.

Qeyd edək ki, son vaxtlar məhkumlar arasında koronavirusdan ölüm faktları qeydə alınıb. Onların arasında sabiq deputat Rəfael Cəbrayılov, Ağstafanın sabiq başçısı Nizami Quliyev də var.