Vilayət Eyvazov Səbailə polis rəisi təyin etdi
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Səbail Rayon Polis İdarəsinə yeni rəis təyin edib.
Aria.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, nazirin əmri ilə Mingəçevir Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Hikmət Qasımov vəzifəsindən azad edilərək Səbail RPİ-yə rəis təyin edilib.
H.Qasımov daha əvvəl Sumqayıt RPİ-nin rəis müavini, ondan öncə isə paytaxtın Nərimanov Rayon Polis İdarəsində Cinayət Axtarış Şöbəsinin rəisi olub.
Qeyd edək ki, Səbail RPİ-nin rəisi, polis polkovniki Cavid Muradov avqust ayında tutduğu vəzifədən azad edilərək Bakının Sabunçu rayonuna rəis təyin edilib.
Fotoda: Cavid Muradov