Dua, imsak və iftar vaxtı -Ramazanın 15-cü günü
Sabah Ramazan ayının 15-ci günüdür.
- Aria.Az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 9-da Bakıda imsak saat 03:47, iftar isə saat 19:59-dadır.
- Ramazan ayının 15-ci gününün duası:
- "Allahummərzuqni fihi taətəl-xaşiin. Vəşrih fihi sədri bi-inabətil-muxbitin. Bi-əmanikə ya əmanəl-xaifin".
- Tərcüməsi:
- "İlahi, mənə bu ayda təqvalı olanların itaətini bəxş et, qəlbimi bu ayda itaət edənlərə məxsus tövbə üçün geniş aç. Sən özün aman ver, ey ürəklərində Allah qorxusu olanların ümidgahı!"
- Allah orucunuzu qəbul etsin!