Bakıda 19 yaşlı əsgər özünü türmədə güllələyib öldürdü
Cəzaçəkmə müəssisəsində əsgər başından özünü gülləyib.
- Aria.Az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində yerləşən 15 saylı cəzaçəkmə müəsissəsində baş verib.
- Pentensiar Xidmətin əsgəri, 2001-ci il təvəllüdlü Salmanov Polad Nağı oğlu özünü güllələyib. O, alnından güllə yarası alıb.
- Yaralı 1 saylı şəhər xəstəxanasına aparılarkən yolda ölüb.
- Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov hadisəni təsdiqləyib. O bildirib ki, hazırda faktla bağlı araşdırma aparılır.