• 21 Noyabr, 2024
  • 13:31
  • 32 c Bakı
  • 1.7 AZN
    • 13:31
    • 1.7
    • 32 c

Bank Respublikanın kollektivi qanvermə aksiyası keçirdi

Ölkəmizdə çoxsaylı sosial layihələr həyata keçirən respublikanın aparıcı banklardan biri Bank Respublika, fəaliyətinin 28-ci ildönümü ərəfəsində Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində növbəti sosial layihələrindən birini həyata keçirib.

  • Aria.Az xəbər verir ki, bankın rəhbər və işçi heyətindən ibarət kollektivi, Azərbaycanın Birinci vitse-perzidenti Mehriban xanım Əliyevanın irəli sürdüyü xeyirxah təşəbbüsə qoşularaq, Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar karantin rejimində qan ehtiyatı azalan talassemiya, hemofiliya və leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyasına qoşulub.
  • “8 may - Beynəlxalq Talassemiya Günü” ilə əlaqədar keçirilən aksiyada Bankın Bakı və regional filiallarının 150-ə yaxın könüllü əməkdaşı iştirak edib.
  • Mərkəzi Qan Bankının peşəkar həkim kollektivinin dəstəyi ilə keçirilən aksiyanın əsas məqsədi Respublika Talassemiya Mərkəzində qeydiyyata alınmış və hər ay qan köçürülməsinə ehtiyac duyan uşaqlara dəstək olmaqdır.
  • Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.