• 21 Noyabr, 2024
  • 14:13
  • 32 c Bakı
  • 1.7 AZN
    • 14:13
    • 1.7
    • 32 c

Koronavirus dövründə imtahanlar belə keçiriləcək - Tam qaydalar

TƏBİB imtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər hazırlayıb.

  • Aria.Az sözügedən göstərişləri təqdim edir:
  • Sənəd müxtəlif qurumların imtahan mərkəzlərində (zallarında) imtahan müddətində əməkdaşların və iştirakçıların sağlamlığının qorunması məqsədi ilə hazırda koronavirus (COVID-19) infeksiyasına dair aparılan elmi araşdırma faktlarına əsaslanaraq tərtib olunub.
  • Aşağıdakılar təmin edilsin:
  • İmtahanlara onlayn qeydiyyatı;
  • İmtahan mərkəzlərində sanitar qovşaqlar, mexaniki və təbii havalandırma, işıqlandırma və su-kanalizasiya sistemlərinin təmizlik və dezinfeksiyasını, işçi heyətin şəxsi gigiyenası ilə bağlı ümumi qaydalara əməl olunmasını;
  • İmtahan təyin olunan tarixdən iki gün əvvəl otaqların dezinfeksiya edilməsi və imtahan təyin olunan günədək həmin otağa/zala girişin qadağan edilməsini;
  • İmtahan başlamazdan əvvəl və imtahan müddətində otağın havalandırılmasını;
  • Otaqlarda/zallarda, dəhlizlərdə əl dezinfektantları üçün dispenserlərin quraşdırılmasını;
  • Səhhəti ilə bağlı müəssisəyə girişi məhdudlaşdırılan işçiləri əvəz edəcək ehtiyat heyətin əvvəlcədən hazırlanmasını;
  • İmtahan nəzarətçiləri qismində yaşı 65-dən yuxarı və xroniki xəstəliyi olmayan şəxslərin təyin olunmasını;
  • Şəhərlərarası gediş-gəliş məhdudiyyətini nəzərə alaraq, yerlərdə imtahanların təşkil edilməsini;
    İmtahan mərkəzlərinin tibbi maskalarla təchizatını;
  • Hər bir şəxsin imtahan mərkəzində tibbi maskadan istifadəsini;
  • İmtahan mərkəzlərində fərdi qoruyucu vasitələrinin atılması üçün müvafiq tullantı qablarının yerləşdirilməsini;
  • İştirakçıları müşayiət edənlərin imtahan mərkəzinin ərazisində toplanmamalarını;
  • İmtahan mərkəzlərinin girişlərində termometriyanın icra edilməsini; 
  • Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə sosial məsafənin (2m) qorunmasını və imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtlarının müəyyən edilməsini;
  • İmtahanda iştirak üçün sənədlərin iştirakçı tərəfindən təqdim olunmasını, nəzarətçinin sənədlərə əllə toxunmamasını;
  • Hər iştirakçının arasında sosial məsafənin (2 m) qorunmasını;
  • İmtahan ləvazimatlarının (qələm, karandaş və s.) ortaq istifadə edilməməsini;
  • İştirakçıların səhhətində imtahan zamanı yaranan problemləri (COVİD-19-a spesifik olan simptomlar - qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) bildirmələrini və onların xüsusi ayrılmış otaqda izolyasiya edilmələrini, 103 TTTY çağırılmasını, azyaşlını müşayiət edənin bu barədə məlumatlandırılmasını;
  • Məlumatlandırma məqsədi ilə yuxarıda qeyd olunan qaydaların imtahana buraxılış vərəqəsində əks olunmasını.
  • Təmizlik və dezinfeksiya işləri:
  • Həyata keçirilən təmizlik-dezinfeksiya işləri səthlərin xüsusiyyətləri, təmizlikdezinfeksiya qaydaları nəzərə alınmaqla və müxtəlif təmizlik vasitələrindən istifadə etməklə aparılır.
  • Təmizlik-dezinfeksiya işləri həyata keçirilərkən aşağıdakı ardıcıllığa riayət edilməlidir:
  • Mexaniki təmizlik: quru çirklər və tullantılar səthlərdən və məkandan uzaqlaşdırılır;
  • Təmizləmə: isti su və lazımi hallarda yuyucu vasitələrdən istifadə etməklə həyata keçirilir;
  • Durulama: istifadə edilmiş yuyucu vasitə qalıqlarının səthdən tamamilə uzaqlaşdırılması məqsədilə isti sudan istifadəedilir;
  • Dezinfeksiya: istifadəsinə icazə verilən dezinfeksiyaedici maddələr istifadə təlimatına uyğun olaraq tətbiq edilir;
  • Dezinfeksiyadan sonra durulama: bu mərhələdə içmək üçün yararlı sudan istifadə edilir.
  • Dezinfeksiyaedici maddələrdən istifadə zamanı diqqət yetirilməli məqamlar:
  • İstifadə təlimatında qeyd edilmiş yararlılıq müddəti və istifadə qaydası mütləq nəzərə alınmalıdır;
  • Lazım olan konsentrasiyadan (qatılıq) artıq istifadə edilməməlidir;
  • Digər şəxslərin yanlış istifadəsinin qarşısını almaq məqsədilə dezinfeksiyaedici məhlul hazırlandıqdan sonra qablaşdırma üzərində tərkibi və hazırlanma tarixi barədə qeyd yazılmalıdır;
  • Dezinfeksiya işlərinin aparılması tezliyi planlaşdırılmalıdır;
  • Dezinfeksiya işlərini həyata keçirən işçi heyəti xüsusi qoruyucu vasitələrlə (əlcək,
    maska və s.) mütləq təmin edilməlidir;
  • Dezinfeksiya işlərinin həyata keçirildiyi sahə bu işlər başa çatdıqdan sonra havalandırılmalıdır;
  • Dezinfeksiyaedici maddələrin istifadə təlimatında qeyd edilən səth üzərində tövsiyə olunan qalma müddətinə ciddi riayət edilməlidir.
  • Dezinfeksiya edilməsi vacib olan sahələr və tövsiyə edilən dezinfeksiya maddələri:
  • Giriş-çıxışlardakı ayaqaltlıqlar (xlor tərkibli məhlul və ya digər);
  • Qapı və qapı tutacaqları (spirt tərkibli məhlul və ya digər);
  • Vətəndaşların şəxsi əşyalarının saxlanılması üçün nəzərdə tutulan dolablar və onların tutacaqları (spirt tərkibli məhlul və ya digər);
  • Rəflər, masalar və s. (spirt tərkibli məhlul və ya digər);
  • Çoxmərtəbəli müəssisələrdəki eskalatorlar və onların tutacaqları, liftlər (spirt tərkibli məhlul və ya digər);
  • Döşəmələr (xlor tərkibli məhlul və ya digər);
  • Sanitar qovşaqlar (xlor tərkibli məhlul və ya digər);
  • Tullantıların yığıldığı sahələr (xlor tərkibli məhlul və ya digər);
  • Tullantı qabları (spirt tərkibli məhlul və ya digər).
  • İşçi heyətin şəxsi gigiyenası:
  • İşçi heyət imtahan müddətində bir çox insanla təmasda olmaları nəzərə alınaraq, maska, dezinfeksiyaedici məhlul və lazımi hallarda digər gigiyenik vasitələrlə təmin olunmalıdır;
  • İşə başlamazdan, sanitar qovşaqdan istifadədən, asqırma və öskürmədən, sənədlərlə təmasdan, siqaret çəkdikdən sonra işçilər əllərini təmiz yumalı və ya dezinfeksiya etməlidirlər.