• 21 Noyabr, 2024
  • 13:54
  • 32 c Bakı
  • 1.7 AZN
    • 13:54
    • 1.7
    • 32 c

"İyun ayında 160 mindən çox insan imtahanlarda iştirak edəcək" - DİM SƏDRİ

"Bizim çox gərgin iş qrafikimiz olacaq. Çünki iyun ayında 160 mindən çox insan imtahanlarda iştirak edəcək".

  • Aria.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
  • DİM sədri bildirib ki, hər bir imtahanda iştirak edəcək şəxslərə eyni şərait yaratmaq əsas hədəfdir: "Nəzarətçi müəllimlər əsasən regionlardan cəlb olunacaq və bu il onların sayı əvvəlki illə müqayisədə artacaq".
  • O qeyd edib ki, bu günə qədər gündəlik 40 min insanın iştirakı ilə imtahan keçirilib: "Amma bu dəfə 80 min insan olacaq. Müəllimlər üçün müvəqqəti iş yerləri yaradılacaq. Təhsil sisteminin işçiləri də bizə dəstək olacaq".