DİM sədrindən ixtisas seçimi ilə bağlı açıqlama
- “Magistraturaya onlayn ixtisas seçimi qəbul planı təsdiq olunduqdan sonra aparılacaq”.
- Aria.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
- Onun sözlərinə görə, dövlət qulluğuna qəbul imtahanları avqust ayından başlayaraq, ayda iki dəfə Bakıda və DİM-in regional bölmələrində - offlayn qaydada kompüterlər vasitəsilə keçiriləcək:
- “Müsahibələr onlayn qaydada keçiriləcək. Müsahibələrin cədvəli müvafiq dövlət orqanları ilə razılaşdırıldıqdan sonra elan olunacaq. İlk növbədə, karantin rejimi ilə əlaqədar təxirə salınmış 32 dövlət orqanı üzrə müsahibələr keçiriləcək”.
- Sədr əlavə edib ki, sertifikatların verilməsi fərdi qaydada bildiriş əsasında həyata keçirilir.
- M.Abbaszadə vurğulayıb ki, mayın 18-dən etibarən elektron növbə əsasında DİM-in inzibati binalarında vətəndaşların qəbuluna başlanılacaq.