Şagirdlərin yerdəyişməsi aparılmayacaq
"Ölkənin bütün tədris müəssisələrində təhsilin dayandırılması səbəbindən şagirdlərin yerdəyişməsi mənasızdır".
- Aria.Az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
- Nazirin sözlərinə görə, bu işdə adətən direktor da iştirak edir: "Tədris dayandırıldığından, məktəblərdə kimsə olmadığından proses dayandırılıb və növbəti tədris ilindən aktiv ediləcək".