122 minə yaxın uşaq I sinfə qəbul olunub - Ceyhun Bayramov
-
- Yeni tədris ili üçün I sinfə qəbul prosesində 122 minə yaxın uşaq qeydiyyatdan keçib və onlar artıq I sinfə qəbul olunub.
- Aria.Az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
- Nazirin sözlərinə görə, tədris digər dillərdə olan məktəblərdə oxuyacaq uşaqlarla müsahibələrə qeydiyyat mayın 20-dən etibarən başlayacaq və 9621 uşaq müsahibəyə cəlb ediləcək.
- C.Bayramov qeyd edib ki, növbəti tədris ili üçün lisey və gimnaziyalara qəbul imtahanı avqust ayında keçiriləcək.