Azərbaycanda əlillik qrupları ləğv edilir - EKSKLÜZİV
Azərbaycanda əlillik qruplarının ləğv edilməsi təklif olunur.
- Aria.Az-ın “Report”a istinadən verdiyi məlumata görə, bununla bağlı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik edilir.
- Dəyişikliklə, qanunvericilikdə I qrup əlillik ifadəsi – I dərəcəli əlillik, II qrup əlillik ifadəsi – II dərəcəli əlillik və III qrup əlillik ifadəsi isə III dərəcəli əlillik ifadəsi ilə əvəz edilir.
- Qanuna dəyişiklik layihəsi yaxın vaxtlarda Milli Məclisdə iclasında müzakirəyə çıxarılacaq.