Azərbaycan relyefi çətin olan ərazilərdə biçin aparılması üçün xüsusi kombaynlar alacaq
Azərbaycanda dağətəyi, maili, relyefi çətin olan ərazilərdə biçinin aparılması üçün xüsusi dağ kombaynlarının alınması planlaşdırılıb.
- Aria.Az-ın xəbərinə görə, bunu Bərdədə səfərdə olan Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.
- O bildirib ki, bu il taxıl biçini mövsümündə respublika üzrə biçinə 1700 kombaynın cəlb edilməsi nəzərdə tutulur. Bu kombaynlardan 728-i “Aqrolizinq” ASC tərəfindən cəlb ediləcək. Bu il əlavə olaraq 125 ədəd taxılbiçən kombaynın alınması da nəzərdə tutulur: “Prezident İlham Əliyevin tapşırığına əsasən dağətəyi, maili, relyefi çətin olan ərazilərdə biçinin aparılması üçün xüsusi dağ kombaynlarının alınması planlaşdırılıb”.