Dövlət Vergi Xidməti ötən il 87 milyon manata yaxın mənfəət əldə edib
2019-cu ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (keçmiş Vergilər Nazirliyi) 86845 min manat mənfəət əldə edib.
- Aria.Az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 11,7% azdır.
- Ötən il Dövlət Vergi Xidməti 121482 manat və yaxud əvvəlki ilə nisbətən 5,5% az gəlir əldə edib. Bunun 121472 min manat qeyri-birja əməliyyatlarından, 10 min manatı isə sair əməliyyatlardan əldə olunub.
- Hesabat dövründə qurumun xərcləri isə 34637 min manat və yaxud illik müqayisədə 14,8% çox olub. Bunun 18363 min manatı əmək haqqı və işçilərlə bağlı digər xərclər, 1101 min manatı sərf edilmiş materialların dəyəri, 1693 min manat amortizasiya xərcləri 13480 min manatı sair əməliyyat xərcləri, 735 min manatı isə əmlakın ləğv edilməsi və yaxud əvəzsiz verilməsi üzrə xərclərdir.