Belarus Azərbaycanla neft tədarükü üzrə əməkdaşlığı davam etdirəcək
Belarus hökuməti ABŞ neftini respublikaya Polşa ərazisi ilə çatdırmağı mümkün hesab edir.
- Aria.Az-ın "BelTA"ya istinadən verdiyi məlumata görə, bu barədə Belarusun Baş nazirinin birinci müavini Dmitri Krutoy bildirib.
- Onun sözlərinə görə, bu məsələnin müzakirəsi Polşa ərazisindəki koronavirus səbəbindən tətbiq olunan karantin aradan qaldırıldıqdan sonra aktivləşəcək.