Bu şəxslərə pulsuz torpaq sahəsi veriləcək
Müharibə veteranları, Çernobıl əlilləri, istefaya buraxılmış hərbi qulluqçulara pulsuz torpaq sahəsinin verilməsi nəzərdə tutulur.
- Aria.Az-ın xəbərinə görə, bu barədə “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında” qanunlara və Torpaq Məcəlləsinə dəyişiklik təklif olunur.
- Həmçinin qanun layihəsində həmin şəxslərə torpaqların özəlləşdirilməsi zamanı güzəştlərin olması da öz əksini tapıb.
- Layihə Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirəyə çıxarılacaq.