Təhsil naziri inklüziv təhsillə bağlı əmr imzaladı
2020-2021-ci dərs ilində dövlət ümumtəhsil məktəblərində inklüziv məktəbəhazırlıq qruplarının təşkili barədə Təhsil naziri əmr imzalayıb.
- Aria.Az xəbər verir ki, əmrə əsasən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (R.Tağıyev) aşağıdakılar tapşırılıb:
- Pilot təhsil müəssisələrində - Bakı şəhəri 138, 202 nömrəli tam orta məktəblərdə, 220 və 252 nömrəli məktəb-liseydə inklüziv məktəbəhazırlıq qruplarının təşkil olunmasını təmin etmək;
- Bakı şəhər psixoloji-tibbi-pedaqoji komissiyasının qərarına əsasən, ərazi üzrə sağlamlıq imkanları məhdud uşaqların məktəbəhazırlıq qruplarına göndərilməsini təmin etmək;
- Məktəbəhazırlıq qruplarına loqopedik xidmətin göstərilməsini təmin etmək;
- Təhsil İnstitutu (E.Əmrullayev) pilot təhsil müəssisəsində inklüziv məktəbəhazırlıq qruplarında təhsilin təşkilinə metodik köməkliyin göstərilməsini təmin etmək.
- İnformasiya şöbəsi (E.Məmmədov) əmrin Nazirliyin internet saytında yerləşdirilməsini təmin etməlidir.
- Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə edilib.