Bakıda xarici şirkət rəhbərinin velosipedini oğurlayan şəxs tutuldu
Bakıda oğurluq edən şəxs yaxalanıb.
- Aria.Az-ın xəbərinə görə, İtaliya vətəndaşı Sbercio Purinə məxsus dəyəri 500 manat olan velosipedi oğurlayan paytaxt sakini Rafiq Xənizadə polislər tərəfindən saxlanılıb.
- Qeyd edək ki, hadisə paytaxtın Yasamal rayonunda yerləşən marketlərdən birinin dayanacağında qeydə alınıb.
- Belə ki, naməlum şəxs İtaliya vətəndaşı S.Purinə məxsus dəyəri 500 manat olan velosipedi oğurlayıb.
- Daha sonra o, hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.
- Xatırladaq ki, S.Purin "Silk Road Shipping" logistika şirkətinin rəhbəridir. O, 2010-cu ildən Bakı şəhərində yaşayır.