Azərbaycan və Britaniya koronavirusla mübarizədə əməkdaşlıq edir
Böyük Britaniya ilə Azərbaycan COVID-19-a qarşı beynəlxalq tədbirlərdə yaxından əməkdaşlıq edirlər.
- Aria.Az xəbər verir ki, bu barədə Böyük Britaniya parlamentinin üzvü, ölkənin Avropa qonşuluğu və Amerika ölkələri üzrə naziri Vendi Morton “Twitter” hesabında bildirib.
- “Mən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla bu gün söhbət etdim. Əməkdaşlığa və iki ölkə arasındakı əlaqələri daha bir neçə ay ərzində gücləndirməyə sadiq olduğuna görə ona təşəkkür etdim”, - V.Morton yazıb.