• 21 Noyabr, 2024
  • 14:16
  • 32 c Bakı
  • 1.7 AZN
    • 14:16
    • 1.7
    • 32 c

Tədris ilinin sonunadək dərslərin keçirilməsi nəzərdə tutulmur - Rəsmi

Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli Sərəncamına əsasən, ölkə ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 2020-ci il mayın 4-dən mayın 31-dək Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb.

  • Aria.Az xəbər verir ki, Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzindən daxil olan birgə məlumata görə, bu qərara uyğun olaraq hər iki qurum ümumtəhsil müəssisələrində yekun qiymətləndirmə və monitorinqlərin aparılması, birinci sinfə qəbulun təşkili, təhsilalanların bir sinifdən digərinə keçirilməsi, buraxılış və qəbul imtahanlarının təşkili, ali təhsil müəssisələrində və təhsilin digər pillələrində yay imtahan sessiyalarının təşkili, habelə dövlət qulluğuna qəbul və müəllimlərin işə qəbulu imtahanlarının keçirilmə vaxtı, formatı və qaydalarına dair məlumatı növbəti həftə ərzində ictimaiyyətə təqdim edəcək.
  • 1 iyun tarixindən sonra təhsil müəssisələri yalnız yuxarıda qeyd olunmuş istiqamətlər üzrə tədbirlərin keçirilməsi üçün məhdud şəkildə fəaliyyət göstərə bilər. Tədris ilinin sonunadək təhsil müəssisələrində dərslərin keçirilməsi nəzərdə tutulmur.