Müəllimlərin distant təhsilə qoşulması məcburidir?
“Tərəzinin gözünə sağlamlıq və rifah qoyulduğu halda dərslərin başlanmasını sual etmək, məncə, düzgün deyil”.
- Aria.Az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu CBC telekanalının efirində qonaq olan zaman deyib. O bildirib ki, situasiya hər gün dəyişdiyinə görə, bu qərarın nə vaxt veriləcəyini demək olmaz: “Bu gün əsas olan xalqın sağlamlığıdır”.
- Şöbə müdiri çıxışında onu da qeyd edib ki, hazırda bütün müəllimlərdən distant təhsilə qoşulmağı tələb etmək mümkün deyil: “Çünki elə müəllimlərimiz var ki, bu proqramlarda işləyə bilmirlər, kimdəsə texniki vasitələr yoxdu və ya internet bağlantısı zəifdir. Bizdən asılı olmayan bu obyektiv səbəbləri nəzərə alaraq bunu bir əmr kimi qiymətləndirmək düzgün olmaz.
- Bundan başqa, eyni sinifdə bütün şagirdlərin də internetə çıxış imkanı yoxdur. Bu səbəbdən də hazırda ən optimal və əlçatımlı variant teledərs layihəsidir.
- Beləliklə, heç kim kənarda qalmır. Biz başa düşürük ki, teledərslərdə interaktivlik yox dərəcəsindədir. Öyrənmənin bu ən vacib hissəsi heyf ki, teledərslərdə yoxdur. Bunu nəzərə alaraq nazirlik virtual məktəb layihəsinə başlayıb”.