• 21 Noyabr, 2024
  • 13:49
  • 32 c Bakı
  • 1.7 AZN
    • 13:49
    • 1.7
    • 32 c

Bank Respublika cəbhə bölgəsində aztəminatlı ailələrə dəstək oldu!

Ölkəmizdə müxtəlif sosial layihələrin təşəbbüskarı və eləcə də dəstəkçisi olan “Bank Respublika”, dövlət başçısı İlham Əliyevin çağırışlarına qoşularaq, Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar karantin rejimi zamanı həyata keçirilən tədbirlər çərçivəsində, xüsusi diqqət və qayğıya ehtiyacı olan aztəminatlı ailələrə dəstək olmağa yönəlmiş təşəbbüslərini davam etdirir.

  • Aria.Az xəbər verir ki, “Bank Respublika”nın dəstəyi və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşkilatçığı ilə Ağdam, Fizuli və Tərtər rayonlarında yaşı 65-i keçmiş tənha, ahıl insanlara, eləcə də aztəminatlı 100 ailəyə baş çəkilərək onlara müxtəlif gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı və şəxsi gigiyena vasitələri ilə təqdim edilib.
  • Bu təşəbbüs, Bank tərəfindən koronavirusla mübarizə çərçivəsində görülən bir sıra vacib tədbirlərin davamıdır. Qeyd edək ki, Bank Respublika həmçinin, Koronavirusla Mübarizəyə Dəstək Fonduna dəstək olan ilk banklardan biri olub.
  • Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.